...

Bakı-Tbilisi-Qars dəmiryolu magistralının tikintisi dayandırılmayacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2012 18:28 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmiryolu magistralının tikintisi dayandırılmayacaq və bu məsələ heç vaxt gündəliyə çıxarılmayıb.
Bakı-Tbilisi-Qars dəmiryolu magistralının tikintisi dayandırılmayacaq - nazir

Gürcüstan, Tbilisi, 26 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Bakı-Tbilisi-Qars dəmiryolu magistralının tikintisi dayandırılmayacaq və bu məsələ heç vaxt gündəliyə çıxarılmayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Narmaniya mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, magistralın tikintisi əhəmiyyətli geosiyası layihədir və Gürcüstan tərəfi layihə ilə əlaqədar iqtisadi parametrlərə yenidən baxılmasını müzakirə edir.

"Bununla yüklərin potensial axın həcminin müəyyənləşdirilməsi nəzərdə tutulur", - Narmaniya qeyd edib.

Nazirin sözlərinə görə, indiki vəziyyətə əsasən müəyyən edilib ki, il ərzində 5 milyon ton həcmində yük daşınmalıdır, lakin yüklərin kateqoriyası və bunun Gürcüstanın mərkəzi dəmiryol sistemi üzrə artıq hazırda daşınan yüklərin kateqoriyasına aid olub-olmadığı təyin edilməyib.

"Həmçinin, söhbət tarif siyasətinin necə olacağından gedir. Yəni daşımaların dəyəri nə qədər olacaq", - Narmaniya bildirib.

Nazirin sözlərinə görə, müzakirələrin əsas mövzusu müəyyən marketinq araşdırmasının aparılması imkanı olub.

Narmaniya vurğulayıb ki, işlərin 50 faizindən çoxu artıq yerinə yetirilib və resursların yarısından çoxu mənimsənilib.

"İrimiqyaslı işlər artıq yerinə yetirilib. Yalnız iqtisadi parametrlər yenidən nəzərdən keçiriləcək", - Narmaniya deyib və əlavə edib ki, layihə üzərində nəzarət İqtisadiyyat Nazirliyinin qurumu tərəfindən deyil, bilavasitə nazirlik tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti