Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir A.Axundov/
Kənd Təsərrüfatı Nazirliyi 2013-cü ildə ölkədə 2,7-2,8 milyon ton taxıl məhsulunun istehsal ediləcəyini proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
Onun sözlərinə görə, ehtiyac yaranarsa, taxıl idxal ediləcək.
Nazirliyin məlumatına görə, ötən il ölkədə 2,802 milyon ton taxıl məhsulu (il rəzində 14 faiz artım) istehsal edilib, 1,847 milyon ton buğdanın (12,6 faiz artım) payına düşüb.
"Biz 1-2 il ərzində özümüzü taxıl məhsulları ilə tam təmin etməliyik", - Abasov vurğulayıb.