Turistlər üçün daha əlverişlisi hansıdır - turları onlayn saytlardan, yaxud oflayn agentliklərdən əldə etmək?
Azərbaycan həcminə görə onlayn aviabiletlərin alış-verişi üsullarından istifadədə digər ölklərə nisbətən geridə qalmaqdadır. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu göstərici 50%-dən çox təşkil edir, Avropanın bəzi ölkələrində isə, məsələn, Estoniya və Finlandiyada 80%-ə yaxınlaşır.
Azərbaycanın bu məsələdə geri qalmasının səbəbləri çoxdur, bura kütləvi xarici səyahətlərin viza rəsmiyyətlərinə görə əlçatmazlığı və gəlirin kifayət dərəcədə əldə edilməməsi daxildir. Bundan başqa, biletləri onlayn saytlardan əsasən özəl şəxslər xüsusi səyahətlər üçün əldə edir. Eyni zamanda, təşkilatlar əvvəlki kimi işgüzar turizm agentliklərinə müraciət etməyə üstünlük verirlər.
Göründüyü kimi, respublikada keçmiş illərə nisbətən internetin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, banklar isə müxtəlif ödəmə sistemlərinin kartlarını təklif etməkdədir. Lakin hər bir bank kartı heç də beynəlxalq onlayn-ödənişlər üçün nəzərdə tutulmaya da bilər. Bu təhlükəsizlik tələblərinə cavab verməyən kredit kartlarına aiddir. Bu səbəbdən aviabiletləri onlayn almazdan öncə həmin saytın ödəniş məsələlərini tənzimləyən bölməni diqqətlə öyrənmək lazımdır, əks təqdirdə sifarişin bütün prosedurunu keçərək, ödəniş anında dayanmaq riski ilə üzləşə bilərsiniz.
Aviabiletlərin onlayn alınmasının üstünlükləri hansılardır?
- 24 saat ərzində mövcudluğu;
- yüzlərlə və minlərlə təkliflərin mövcudluğu;
- səfərinin planlaşdırılması və axtarış prosesinin şəxsin özü tərəfindən idarə etmək imkanı və s.;
- yerindən ayrılmadan xidmətlərdən istifadə;
- vaxta qənaət, lakin əgər siz onlayn sayt ilə yeni tanış olmusunuzsa və həmin xarici dili bilmirsinizsə, proses uzun və riskli ola bilər.
Biletin onlayn alınmasının çatışmazlıqları hansılardır?
- yaranan sualların və problemlərin həllinə görə müraciət etmək üçün əksər hallarda şirkətin ünvanının olmaması;
- xidmət üçün məsul şəxs ilə əlaqənin olmaması;
- simasız dəstək xidməti;
- şirkətin etibarlılığını yoxlanılmasının qeyri-mümkünlüyü
- xidmətdən imtina edildiyi halda müştərinin hesabına pulun uzun müddətə qaytarılması və ya heç qaytarılmamasının mümkünlüyü;
- müqavilənin yoxluğu və istehlakçının hüquqlarının müdafiəsinin olmaması.
Həmçinin demək lazımdır ki, onlayn bronetmə yalnız turistlər üçün əlverişli deyil, turizm şirkətlərinin özləri üçün də cəzbedicidir, çünki bu zaman müştəri ilə canlı ünsiyyət zamanı dəfələrlə azalır.
Onlayn agentlik müştərilərə eyni məhsulu təqdim edir, lakin bu zaman müştərilərlə əlaqə kanalları fərqlənir. Bu biznesə daha çox investisiya və resurs qoyulmasını tələb edir.
Əsas olaraq, nəzərdə tutmaq lazımdır ki: sifarişi onlayn edərək, sifarişin bütün parametrlərinə görə yalnız siz özünüz məhsuliyyət daşıyırsınız. Soyadın yazılışı, tarixlər, vaxt və reyslərin nömrələri, tarif - sistem yalnız sizin göstərdiyinizi rəsmiləşdirəcək.
Postfaktum səhvi düzəltmək və ya əməliyyatı ləğv etmək xaişi aviaşirkətin və ya OTA koll-mərkəzinə zəng etmək 100-dən 99 faizdə tamamilə faydasızdır. Sistem sizə seçimin düzgünlüyünə uyğun olan düymələrin basmasıyla "davam etmək" və ya siz "razısınız" əmin olmağı dəfələrlə təklif edir, və siz hüquqi əhəmiyyətli hərəkətlər edirsiniz.
Aviabiletlərin oflayn alınmasının üstünlükləri:
- ofisin və canlı insanların mövcudluğu,
- ofisə gəlmək və lisenziyanı yoxlama imkanı,
- agentliyin işinin təşkilinin səviyyəsini yoxlamaq, onlayn saytlarda mümkün olmayan istədiyiniz suallara cavab tapmaqda və təcrübəli konsultantların məsləhətlərindən faydalanmaq imkanı,
- axtarış və səfərin təşkilində vaxta qənaət,
- turistin və səyahət firmasının arasında məcburi imzalanmış müqavilənin mövcudluğu.
Aviabiletlərin oflayn alınması üçün hesab edilən çatışmazlıqlar:
- iş vaxtından kənarda əlçatmazlıq (bəzi turizm şirkətləri, həmçinin, "Victory Tour" istisna olmaqla, öz müştərilərinə 24 saat xidmət göstərirlər)
Sonda yekun vuraraq demək olar ki, əlaqə kanallarının hər birinin öz pərəstişkarları var və Victory Tour şirkəti www.victorytour.az və www.travelshop.az korporativ saytları vasitəsilə xidmətin hər iki növünü təklif edir, həm ofisdə, həm də onlayn xidmət olaraq.
Onlayn və ya oflayn agentlikdən bilet almazdan öncə bütün şəraiti və öz imkanlarınızı nəzərə alın və sonra seçiminizi edin.