...

Azərbaycanda market-meyker xidmətlərinin göstərilməsinə dair ilk müqavilə imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2013 17:09 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) və "Paşa Bank" ASC arasında mütəşəkkil qiymətli kağızlar bazarında market-meyker fəaliyyətinin göstərilməsinə dair ilk müqavilə imzalanıb.
Azərbaycanda market-meyker xidmətlərinin göstərilməsinə dair ilk müqavilə imzalanıb

Azərbaycan, Bakı, 21 yanvar/Trend, müxbir A. Axundov/

Bakı Fond Birjası (BFB) və "Paşa Bank" ASC arasında mütəşəkkil qiymətli kağızlar bazarında market-meyker fəaliyyətinin göstərilməsinə dair ilk müqavilə imzalanıb. Bununla da, Azərbaycan fond bazarında market-meyker institutunun formalaşmasının təməli qoyulub.

Müqavilənin şərtlərinə əsasən, 21 yanvar 2013-cü il tarixindən etibarən "Paşa Bank" "Paşa Kapital" vasitəsi ilə aşağıdakı qiymətli kağızlar üzrə gündəlik kotirovkaları təqdim edəcək:

Emitentin adı

Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi/ISIN kodu

Qiymətli kağızın qısaldılmış sistem kodu (Ticker)

Alış öhdəliyinin həcmi (nominal qiymətlə), manat

Satış öhdəliyinin həcmi (nominal qiymətlə), manat

Alış və satış sifarişləri arasındakı qiymət dəhlizi, %

Azərbaycan İpoteka Fondu

AZ2001008682

AIF001

1 500 000

-

3

"Unibank" ASC

AZ2008002027

UNBK2

200 000

-

5

"Unileasing" QSC

AZ2005005197

UNILZQ3

200 000

-

5

"Bakcell LLC" MMC

AZ2001009466

BCELL01

200 000

-

5

"Bank of Baku" ASC

AZ2006005360

BOFBK

200 000

-

5

Market-meyker qaydalarına müvafiq olaraq, market-meyker bazarda likvidliyi təmin etmək məqsədi ilə gündəlik olaraq məcburi alış və könüllü satış kotirovkaları təqdim edir.

Kotirovkalar real vaxt rejimində BFB-nin ticarət sistemində, həmçinin gündə bir dəfə birjanın veb-saytı vasitəsi ilə açıqlanır. Yerli fond bazarında market-meyker institutunun tətbiqi bazarın dərinliyinin və dinamikliyinin artırılmasına yönəlmiş kompleks tədbirlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti