Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir A.Axundov/
2012-ci ildə Azərbaycanda qeyri-leqal əməklə mübarizə tədbirləri nəticəsində 55 min vergi ödəyicisi üzrə 180 mindən çox əmək müqaviləsi bağlanılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında deyib.
"Pərakəndə ticarət sahəsində işlər daha fəal aparılıb. Bu sahədə ötən il 23 min vergi ödəyicisi üzrə əlavə olaraq, 40 mindən çox müqavilə bağlanılıb" , - Əmirov qeyd edib.
Onun sözlərinə görə, 2012-ci ilin sonuna nazirliyə daxil olan bəyannamələrdə 1 milyon 484 min işçi haqqında məlumat olub ki, bu da həmin ilin may ayının göstərcisini 15 faiz üstələyir.