...

Azərbaycanda vergi borclarının 41 faizi dövlət sektorunun payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 14:45 (UTC +04:00)
Azərbaycanda vergi borclarının 41 faizi dövlət sektorunun payına düşür. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi İlkin Vəliyev çərşənbə axşamı mətbuat konfransında bildirib.
Azərbaycanda vergi borclarının 41 faizi dövlət sektorunun payına düşür

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanda vergi borclarının 41 faizi dövlət sektorunun payına düşür. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi İlkin Vəliyev çərşənbə axşamı mətbuat konfransında bildirib.

"Bunlar, əsasən kommunal müəssisələrin sovet dövründən qalmış borclarıdır", - Vəliyev deyib.

Onun sözlərinə görə, 2012-ci ildə borcların həcmi mart ayı ilə müqayisədə 16,2 faiz azalaraq 35 faiz təşkil edib.

Vergi borclarının ödənilməsi tendensiyası 2010-cu ildən müşahidə olunur. Nəticədə 2010-cu ildə borclar 20 faiz, 2010-2011-ci illərdə isə 43,5 faiz azalıb.

Vergilər Nazirliyi vergi borclarının yığılması üzrə dünyada tətbiq olunan daha çevik və səmərəli mexanizmləri öyrənir.

2011-ci ilin avqustundan Azərbaycanda borcların araşdırılması təcrübəsinin vergi ödəyənlərlə birgə tətbiqinə başlanılıb. Vergi orqanları öz borcları haqqında yaxşı məlumatlandırılmamış və ya onların mövcudluğu və məbləği ilə razı olmayan vergiödəyiciləri bu borcların birgə öyrənilməsinə dəvət etməyə başlayıb. Bu təcrübə dünyada geniş tətbiq edilir və Azərbaycanda tətbiqinə qədər Avstraliya, İrlandiya və Yeni Zelandiyanın təcrübəsi öyrənilib.

Hazırda vergiödəyici verginin məbləği, yaranma səbəbi, borcun strukturu haqqında informasiyanı elektron poçt, SMS mesajlar, səsli mesajlar, yaşayış və ya iş yeri ünvanlarına xəbərdarlıqlar vasitəsilə ala bilər.

Nazirlikdə, habelə borclular haqqında informasiya mənbələrinin genişləndirilməsi üzrə iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti