...

"Paşa Bank" iki il ərzində 110 milyon dollar dəyərində korporativ istiqrazlar buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 17:10 (UTC +04:00)
Ölkənin ən iri banklarından biri olan "Paşa Bank" və Bakı Fond Birjası arasında qiymətli kağızlar bazarında marketmeyker fəaliyyətinin göstərilməsinə dair ilk müqavilə imzalanıb.
"Paşa Bank" iki il ərzində 110 milyon dollar dəyərində korporativ istiqrazlar buraxıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Ölkənin ən iri banklarından biri olan "Paşa Bank" və Bakı Fond Birjası arasında qiymətli kağızlar bazarında marketmeyker fəaliyyətinin göstərilməsinə dair ilk müqavilə imzalanıb.

Bankda Trend-ə verilən məlumata görə, müqavilə çərçivəsində "Paşa Holdinq"in üzvü olan "Paşa Kapital" MMC vasitəsilə aşağıdakı qiymətli kağızlar üzrə gündəlik kotirovkalar təqdim ediləcək: Azərbaycan İpoteka Fondu (AZ2001008682, alış öhdəliyinin həcmi - 1 500 000 AZN, alış və satış sifarişləri arasındakı qiymət dəhlizi - 3%); Unibank (AZ2008002027, 200 000 AZN, 5%); Unileasing (AZ2005005197, 200 000 AZN, 5%), Bakcell (AZ2001009466, 200 000 AZN, 5%), Bank of Baku (AZ2006005360, 200 000 AZN, 5%).

"Paşa Bank"ın İdarə Heyətinin üzvü, investisiyalar üzrə baş direktor (CIO) Taleh Kazımovun sözlərinə görə, "Paşa Bank" korporativ kağızlara da ilk dəfə olaraq marketmeyker xidmətlərini göstərməyə başlayıb. Ötən iki ilin yekunlarına görə, bank tərəfindən 5 emitentin (maliyyə və telekommunikasiya sektoru da daxil olmaqla müxtəlif sahələri təmsil edən) təxminən 86 milyon manat məbləğində korporativ istiqrazları buraxılıb.

"Paşa Bank"ın investisiya istiqamətində fəaliyyətinin nəticələri peşəkar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və bu səbəbdən nüfuzlu "EMEA Finance" beynəlxalq maliyyə jurnalının "Azərbaycanın ən yaxşı investisiya bankı" nominasiyası üzrə mükafata layiq görülüb.

Bank yeni emitentlərin buraxılışını təşkil edərək bazarın peşəkar iştirakçısı kimi öz mövqeyini möhkəmləndirməkdə davam edəcək və qiymətli kağızların bazarı inkişaf etdirmək planına uyğun fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Paşa Bank" 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycan Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. "Paşa Bank"ın strateji vəzifəsi korporativ sektora xidmət etməkdir. Bankın əsas məqsədi strategiyadan irəli gələn prioritet istiqamətlər üzrə biznesin keyfiyyətli inkişafı, eləcə də uzunmüddətli və etibarlı münasibətlər yaratmaq və inkişaf etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti