"gobustone" məsaməli hörgü blokları Azeri Business Award" Milli Mükafatına layiq görülüb. Məhsul "ilin brendi" nominasiyasında qalib elan olunub.
Yanvarın 25-də "Four Seasons" mehmanxanasında "Business Time" jurnalının Azərbaycanda biznesin inkişafına dəstək məqsədi ilə təsis etdiyi ənənəvi "Azeri Business Award-2012" Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
Mükafat AAC MMC şirkətinin baş direktorun müavini İsrail Asaliyevə təqdim olundu. Mükafatın təqdimat mərasimində çıxış edən İ. Asaliyev bildirdiki, məsaməli hörgü blokları dünya bazarında özünü doğrultmuş müasir tikinti materialıdır. "Bu gün gobustone inşaatçılar arasında böyük maraq doğurub. Məhsulumuzun keyfiyyətini və etibarlılığını bir sıra iri tikinti şirkətləri yüksək qiymətləndirərək müxtəlif tikililərdə istifadə edirlər", - deyə Asaliyev bildirdi.
Mükafatın təqdimat mərasimindən əvvəl laureatların nailiyyətlərini əks etdirən sərgi təşkil olunub. Burada mükafatın qalibləri, onların layihələri, məhsulları və mükafata layiq görülmələrini şərtləndirən əsas uğurları ilə bağlı materiallar nümayiş etdirilib.
Sərgi zamanı Almaniyanın "Wehrhahn" firmasının avadanlıqları ilə istehsal olunan gobustone məsaməli beton bloklarının digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənməsi və tikinti prosesini əhəmiyyətli dərəcədə tezləşdirdii diqqətə çatdırıldı.
Hazırda məsaməli betondan hündür və aşağı mərtəbəli binaların, şəxsi evlərin inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və hətta pilləkanların tikilməsində istifadə olunur. Xatırladaq ki, gobustone məsaməli beton bloklarından Port Baku Residence və Tower, 28 Mall ticarət mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası, Milli Gimnastika Arenası, Trump Tower, Azərbaycan Dövlət Neft Fondunun inzibati binası, Qusarda Şahdağ yay - qış turizm mərkəzi, Qubada Rixos oteli və Şabranda Qalaltı istirahət mərkəzi kimi obyektlərin inşasında istifadə olunmuşdur.
Qeyd edək ki, AZERI BUSINESS AWARD Milli mükafatı Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan "Business Time" jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd ən yaxşı fəaliyyət nümayiş etdirən şirkətlərin adlarını açıqlamaqla milli biznesimizin yeni imicini yaratmaqdan ibarətdir. Ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edən AZERI BUSINESS AWARD Milli Mükafatının qalibləri hər ilin yekunlarına görə müəyyənləşdirilir.
AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.