...

"Brand Credit" gəlirliliyi 14 faiz olan istiqrazları yerləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2013 20:33 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Brand Credit Bank olmayan Kredit Təşkilatı" MMC-nin 1 milyon manat həcmində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb.
"Brand Credit" gəlirliliyi 14 faiz olan istiqrazları yerləşdirir

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Brand Credit Bank olmayan Kredit Təşkilatı" MMC-nin 1 milyon manat həcmində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb.

Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 1000 istiqraz buraxılıb. İstiqrazlar üzrə gəlirlilik tədavül müddəti 180 gün olmaqla illik 14 faizdir, faizlərin ödəniş dövrünün müddəti isə 30 gündür.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti