...

Mərkəzi Bankda "Maliyyə savadlılığı" layihəsi çərçivəsində təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2013 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi PwC (PricewaterhouseCoopers) Akademiyası ilə birlikdə kommersiya bankları üçün təlim keçirib.

Bankdan trend-ə verilən məlumata görə, təlimin keçirilməsinin əsas məqsədi bank əməliyyatlarına dair müştəriləri ətraflı və düzgün məlumatlandırmaq üçün kredit mütəxəssislərinə və müştəri təmsilçilərinə maliyyə savadlılığının əsasları barədə zəruri biliklərin verilməsidir.

Təlim proqramında ailə büdcəsi və onun xüsusiyyətləri, ailənin balans hesabatı, maliyyə hesabatının əsasları, maliyyə təhlili və digər məsələlərə xüsusi diqqət yetirilib. Həmin mövzular kommersiya banklarının əməkdaşları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Mərkəzi Bankın 2011-2014-cü illər üzrə strateji hədəflərinə uyğun olaraq "Maliyyə savadlılığı" layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra digər tədbirlərin də keçirilməsini planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti