...

Vergilər Nazirliyi IOTA-nın vergi administrasiyaları ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2013 13:49 (UTC +04:00)
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA) vergi sahəsində uğurlu təcrübə öyrənmək və təcrübə mübadiləsi aparmaq üçün yaxşı platformadır.
Vergilər Nazirliyi IOTA-nın vergi administrasiyaları ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırır

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir A.Axundov/

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA) vergi sahəsində uğurlu təcrübə öyrənmək və təcrübə mübadiləsi aparmaq üçün yaxşı platformadır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanıvergilər nazirinin müavini Sahib Ələkbərov çərşənbə axşamı Bakıda keçirilən IOTA-nın Baş Əlaqələndirici Şəxslərinin 19-cu forumunda çıxış zamanı qeyd edib.

"Azərbaycan 2002-ci ildən təşkilatın tamhüquqlu üzvüdür. Vergilər Nazirliyi IOTA üzvü olan ölkələrin vergi administrasiyaları ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir", - Ələkbərov bildirib.

Onun sözlərinə görə, görüşdə əsasən təşkilatın gələcək planları, 2017-ci ilə qədər iş strategiyası, vergi inzibatçılığının gücləndirilməsi, İT-texnologiyaların tətbiqi məsələləri və s. müzakirə olunub.

"Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, son 10 ildə ölkədə ÜDM üç dəfə artıb, növbəti 10 ildə ÜDM-in ikiqat artımı gözlənilir. Belə artıma adekvat olaraq vergi inzibatçılığının təmin olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi vacibdir", - Ələkbərov bildirib.

IOTA-nın prezidenti Samuel Tannerin sözlərinə görə, Bakı dəfələrlə qurumun işçi görüşlərini qəbul edib ki, bu da Azərbaycan Vergilər Nazirliyinin təcrübə mübadiləsi məsələlərində fəal iştirakını sübut edir.

Qeyd edək ki, IOTA vergi administrasiyalarının üzvlüyünə əsaslanan hökumətlərarası beynəlxalq təşkilatdır. Təşkilatın mənzil-qərargahı Budapeştdə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti