...

"Victory Tour" turların satışı üzrə erkən bronlaşdırma aksiyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2013 14:39 (UTC +04:00)
Azərbaycanın iri turizm şirkətlərindən biri olan “Victory Tour” erkən bronlaşdırma sistemi üzrə turların satışının başlandığını bildirir. Bu il erkən bronlaşdırma aksiyası üzrə satışlar aprel ayınadək davam edəcək.
"Victory Tour" turların satışı üzrə erkən bronlaşdırma aksiyasına başlayıb

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycanın iri turizm şirkətlərindən biri olan "Victory Tour" erkən bronlaşdırma sistemi üzrə turların satışının başlandığını bildirir. Bu il erkən bronlaşdırma aksiyası üzrə satışlar aprel ayınadək davam edəcək. Şirkətin uzun illər ərzində qazandığı təcrübənin göstərdiyi kimi, "Erkən bronlaşdırma" bizim turistlərin davamlı olaraq artan marağına səbəb olur.

"Victory Tour", öz növbəsində, Türkiyə hotellərinə 50% endirimlə ən yaxşı təkliflərini təqdim edir. Keçən ilin analoji aksiyası çərçivəsində erkən bronlaşdırma üzrə endirimlərin 35% təşkil etdiyi halda, erkən bronlaşdırma aksiyasının başlandığı andan bir həftə ərzində "Victory Tour"un ofisinə yüzdən çox müraciət daxil olub ki, onlardan da 70%-i bronlaşdırılıb.

Beləliklə, siz artıq bu gün 2013-cü ilin yay turizm mövsümünün istirahətini planlaşdıra və büdcənizdə hiss olunacaq bir mənfəətlə Türkiyənin ən yaxşı hotellərini və ən əlverişli uçuşları bronlaşdıra bilərsiniz. Hotellərdə nömrələrin və çarter reyslərində blokların əvvəlcədən bronlaşdırıldığı hallarda turların səyahətə bir neçə ay qalmış həyata keçirilən bronlaşdırılması qəbul edən təşkilatlar və aviadaşıyıcılar tərəfindən tur operatorlarına təqdim edilən endirimlərin hesabına müştərilər üçün nəzərəçarpacaq qənaətə çevrilir. "Victory Tour"un müştəriləri əhəmiyyətli dərəcədə qənaət etməklə yanaşı, ən yaxşı hotelləri və ən əlverişli uçuşları bronlaşdırmaq kimi unikal bir imkana malik olmurlar, belə ki, təcrübənin göstərdiyi kimi, bu yerlər mövsüm başlamazdan əvvəl tamamilə satılmış olur.

Şirkətin ekspertləri erkən bronlaşdırmanın bu cür populyarlıq qazanmasını, digər məsələlərlə yanaşı, ölkəmizdə həyatın bütün aspektlərinin, o cümlədən istirahətin də əvvəlcədən planlaşdırılması mədəniyyətinin formalaşması ilə əlaqələndirirlər. Müştərinin "Erkən bronlaşdırma" aksiyası üzrə turu satın alması haqqında qərarı qəbul etməsində turizm məhsulunun erkən ödəndiyi təqdirdə əldə edilən aşkar fayda da az rol oynamır.

Erkən bronlaşdırmanın üstünlüklərinə aşağıdakılar aiddir:
• Putyovkanın səyahətdən bir neçə ay əvvəl əldə edilməsi turun dəyərinin 25-50% həcmində qənaət etməyə imkan verəcək.
• Siz erkən bronlaşdırmadan istifadə edərək dollar və ya avronun məzənnəsinin dəyişməsindən narahat olmayacaqsınız. Siz turu bronlaşdıraraq və əvvəlcədən ödəniş edərək, onun qiymətini müəyyənləşdirmiş olursunuz və uçuş gününə qədər dünyanın maliyyə vəziyyəti barədə narahat olmaya bilərsiniz.
• İstirahət edənlərin sayından asılı olmayaraq, hotel seçiminin müxtəlifliyi
• Rahat ödəniş sistemi

"Erkən bronlaşdırma" aksiyaları "turizm agenti-müştəri" münasibətlərinin bir hissəsinə çevrilib.

"Bizim müştərilərimiz səbirsizliklə növbəti aksiyanın başlanmasını gözləyirlər, - "Victory Tour" şirkətinin xarici turizm şöbəsinin əməkdaşı Fidan Orucova deyib, - Biz adətən əlavə olaraq Sms və e-mail vasitəsilə erkən bronlaşdırmanın başlanması haqqında məlumat veririk və bir qayda olaraq, onların göndərilməsindən sonra ilk saatlardan başlayaraq, satış ofislərinə daxil olan zənglərin və sayta daxil olmaların sayı dəfələrlə artır. Qeyd etmək istəyirəm ki, bu cür tədbirlər çərçivəsində turoperatorların təklifləri öz aşağı qiymətləri ilə hərdən bu məsələ üzrə ən mahir satış menecerlərini belə təəccübləndirir. Faktiki olaraq, biz bu dövrdə müştərilərimizə ən yaxşı turizm məhsullarını mövsüm vaxtı onların yalnız arzu edə biləcəkləri endirimlərlə təqdim etmək imkanına malik oluruq".

www.victorytour.az, http://www.victorytour.az/?mod=content&id=668#ru rəsmi saytında, eləcə də http://www.facebook.com/events/201410973333882/ facebook rəsmi səhifəsində "Victory Tour"da "Erkən bronlaşdırma" aksiyasının şərtləri haqqında ətraflı məlumat əldə etmək, eləcə də turun erkən bronlaşdırılması üçün sifariş vermək olar.

Eləcə də əlavə məlumat əldə etmək üçün, zəhmət olmasa, (+99450/55/70) 263 1234 telefonu ilə və ya [email protected], [email protected] elektron ünvanı vasitəsilə şirkətin ofisinə müraciət edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti