...

Azərbaycanda I Avropa Oyunları ilə bağlı yol infrastrukturunun hazırlığı üzrə işlər aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 12:54 (UTC +04:00)
Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıq çərçivəsində abadlıq işlərinin aparılması və zəruri yol-nəqliyyat infrastrukturunun yaradılması sahəsində görülən işlər 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə yaxşı təcrübə kimi xidmət edir.
Azərbaycanda I Avropa Oyunları ilə bağlı yol infrastrukturunun hazırlığı üzrə işlər aparılır

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.İsmayılov/

Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıq çərçivəsində abadlıq işlərinin aparılması və zəruri yol-nəqliyyat infrastrukturunun yaradılması sahəsində görülən işlər 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə yaxşı təcrübə kimi xidmət edir.

Trend-in məlumatına gröə, bu barədə cümə günü jurnalistlərə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Bakıda 1,5 min kilometrə yaxın əsas magistral yol var, köməkçi, bələdiyyə və Bakı kəndlərinin yolları nəzərə alınmaqla bu göstərici beş min kilometri üstələyir. "Bu, kifayət qədər böyük həcmdə işdir", - Qurbanov qeyd edib.

"Biz çalışırıq ki, ilk Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə nəzərdə tutulan işləri layiqincə həyata keçirək", - ASC rəhbəri qeyd edib.

Qurbanovun sözlərinə görə, bu nəhəng idman tədbirinə hazırlıq çərçivəsində Nəqliyyat Nazirliyində qərargah yaradılıb. Qərargaha nəqliyyat nazirinin müavini Musa Pənahov başçılıq edir. Qurbanovun sözlərinə görə, qərargahın tərkibinə nazirliyin bütün strukturları daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti