...

Rəqabət Məcəlləsi üzərində iş bu il tamamlanacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2013 15:33 (UTC +04:00)
"Rəqabət məcəlləsi haqqında" qanun layihəsi bu il hazırlanıb başa çatdırılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildiriblər.
Rəqabət Məcəlləsi üzərində iş bu il tamamlanacaq (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir H.Vəliyev/

"Rəqabət məcəlləsi haqqında" qanun layihəsi bu il hazırlanıb başa çatdırılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildiriblər.

Məcəllə layihəsi ilk dəfə bazar etəsi ASK-nın iclasında bir sıra dövlət strukturlarının nümayəndələri və sahibkarlarının iştirakı ilə müzakirə edilib.

"Rəqabət məcəlləsi haqqında" qanun layihəsinin qəbul edilməsi iqtisadiyyatın inkişafı üçün vacib addım olacaq və sağlam rəqabətin yaradılmasına yardım edir.

"Rəqabət haqqında" qanunun qəbulu ölkə daxilində istehsalın stimullaşdırılması, istehsalçıların maraqlarının qorunması baxımından rəqabət qabiliyyətli müəssisələrin fəaliyyətinin formalaşdırılması üçün çox vacibdir.

Qanun lahiyəsi 18 fəsildən və 82 maddədən ibarətdir. "Rəqabət məcəlləsi"nə uyğun olaraq, hansısa şirkətin bazarın 35 faizinə nəzarət etdiyi müəyyənləşərsə, bu, rəqabətin pozulması hesab olunur. O da qeyd olunub ki, bu zaman təbii inhisar mütləq nərəzə alınmalıdır. Çünki 35 faizlik göstəricini bütün hallarda rəqabətin pozulması kimi qəbul etmək olmaz. Hansısa sahibkar elə bir istehsalla məşğul ola bilər ki, həmin istehsalla heç kim məşğul olmur. Bu zaman həmin sahibkarın istehsal və yaxud idxal etdiyi məhsulun bazarda çəkisinin yüksək olması təbiidir və bunun rəqabətin pozulması ilə əlaqəsi yoxdur.

Müzakirələrdə qeyd olunub ki, bir sıra Avropa və Amerika ekspertlərinin Azərbaycanın öz daxili bazarını qorumaq üçün "Rəqabət məcəlləsi"nə müddəalar əlavə etməsi birmənalı qarşılanmır.

Tədbir iştirakçıları Milli Məclisdə "Rəqabət məcəlləsi"nin layihəsinin müzakirəsinə başlanmasını müsbət qiymətləndiriblər.

"Rəqabət məcəlləsi haqqında" qanun layihəsi hazırlanarkən tədbir iştirakçılarının səsləndirdiyi təkliflər nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti