...

DSMF: Azərbaycanda əmək pensiyasının baza hissəsi yenidən artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2013 12:48 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanda əmək pensiyasının baza hissəsi artırılacaq.
DSMF: Azərbaycanda əmək pensiyasının baza hissəsi yenidən artırılacaq

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir A.Bədəlova/

Yaxın vaxtlarda Azərbaycanda əmək pensiyasının baza hissəsi artırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdən əvvəl deyib.

"Hazırda büdcənin imkanlarından asılı olaraq, artırılacaq baza hissəsinin həcmini müəyyənləşdirmək üçün hesablamalar aparılır", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, bu iş yekunlaşdıqdan sonra pensiyanın baza hissəsinin yenidən artırılmasının həcmi və tarixi açıqlanacaq.

"9 il ərzində icbari dövlət sosial sığortasından DSMF-yə daxilolmalar 184 milyon manatdan 1,5 milyard manatadək artıb", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti