...

"Bank of Baku" Azərbaycanda ilk dəfə olaraq SMS kredit xidmətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2013 18:34 (UTC +04:00)
Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə "Bank of Baku" Azərbaycan bank təcrübəsində ilk dəfə SMS kredit məhsulunu təqdim edir.
"Bank of Baku" Azərbaycanda ilk dəfə olaraq  SMS kredit xidmətini təqdim edir

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə "Bank of Baku" Azərbaycan bank təcrübəsində ilk dəfə SMS kredit məhsulunu təqdim edir. Bankdan Trend-ə verilən məlumata görə, beləliklə, müştəri banka gəlmədən kredit sifarişini birbaşa mobil telefondan verə biləcək. Sifariş edilmiş kredit məbləği müştərinin "Dostlar Klubu" kartına yüklənir.

Kredit sifariş etmək üçün "Dostlar Klubu" kartının son 8 rəqəmini, boşluq və kredit məbləğini 8145 nömrəsinə SMS ilə göndərmək lazımdır. Misal : "03129876 kredit 1500".

Mesaj göndəriləndən sonra sifariş avtomatik qərar üsulu ilə qiymətləndirilir və müştərinin ala biləcəyi kredit məbləği müəyyən edilir. Müştəri kartdakı məbləği bir neçə dəqiqə sonra "Bank of Baku"-nun istənilən bankomatından nağdlaşdıra bilər.

Kredit sifarişi yalnız müştərinin bankda qeydiyyatda olan mobil telefon nömrəsindən edilə bilər. İlk mərhələdə SMS kredit xidmətindən bankın "Dostlar Klubu"-nun Qızıl və Brilliant kart sahibləri, daha sonra isə klubun bütün 70.000-nə yaxın üzvü istifadə edə biləcək.

"Bank of Baku" SMS kredit məhsulunun Azərbaycan ərazisində patentini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən alıb.

Bu xidmətin şərtləri ilə daha yaxından tanış olmaq üçün "Bank of Baku"-nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.bankofbaku.com və www.facebook.com/bankofbaku səhifələrində istənilən sual vermək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti