...

"DəmirBank" Novruz bayramı ilə əlaqədar yeni kredit aksiyası təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2013 15:38 (UTC +04:00)
"DəmirBank" Novruz bayramı münasibəti ilə müştərilərə əlavə kredit imkanlari təklif edir.
"DəmirBank" Novruz bayramı ilə əlaqədar yeni kredit aksiyası təklif edir

Azərbaycan, Bakı, 1 mart /Trend/

"DəmirBank" Novruz bayramı münasibəti ilə müştərilərə əlavə kredit imkanlari təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, belə ki, cari kredit müştərilərinə 1000 AZN-dək əlavə kredit təklif edir. 1 - 26 mart 2013-cü il tarixlərində keçirilən aksiya biznes və istehlak kreditləri üzrə minimum 6 ay müsbət kredit tarixinə malik müştərilərə şamil edilir. Müştərinin müsbət kredit tarixi müvafiq formula əsasında müəyyən edilir. DəmirBank-dan 5000 AZN-dək kredit götürənlərə 500 AZN, 5001 - 10000 AZN-dək götürənlərə isə 1000 AZN şəxsiyyət vəsiqəsi ilə, 12 ay müddətinə əlavə kredit verilir.

Həmçinin, DəmirBank kredit üçün müraciət edən müştərilərə şərtlər üzrə nəzərdə tutulan kredit məbləğinə əlavə olaraq 500 AZN kredit verir. Avtomobil, ipoteka, lizinq və tərəfdaşlıq çərçivəsində verilən kreditlər üzrə müştərilərə 500 AZN məbləğində əlavə kredit xətti açıla bilər. Bu aksiya 1 - 31 mart 2013-cü il tarixlərində keçirilir.

DəmirBank müştərilərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına, www.facebook.com/demirbank.az və https://twitter.com/DemirBank səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti