...

Göyçay və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2013 15:39 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Göyçay və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 1 mart /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilmiş, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda təqdimat keçirilib.

Həmin gün İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda gənclər üçün Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" Proqramı çərçivəsində treninq təşkil olunub.

Treninqdə gənclərə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, strateji planlaşdırmanın aparılması barədə ətraflı məlumat verilib. Tədbirlərdə iştirakçılar, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılıb.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti