...

Naftalanda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2013 19:27 (UTC +04:00)
Fevralın 28-də Naftalan şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Naftalan şəhərində kurortların inkişaf perspektivləri”, “Biznes-planların və investisiya layihələrinin hazırlanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilmişdir.
Naftalanda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 1 mart /Trend/

Fevralın 28-də Naftalan şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Naftalan şəhərində kurortların inkişaf perspektivləri", "Biznes-planların və investisiya layihələrinin hazırlanması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətlərinin təcrübəsi barədə iştirakçılar məlumat verilmişdir.

Tədbirdə həmçinin, iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilmiş, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilmişdir.

Bununla yanaşı, tədbirdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılmış, sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti