...

Azərbaycan və Almaniya dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2013 12:24 (UTC +04:00)
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniyanın Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandomu imzalanıb.
Azərbaycan və Almaniya dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir A. Axundov/

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniyanın Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə komitəyə məxsus "Mülkiyyət" qəzetində şənbə günü dərc olunan yazıda qeyd olunub.

Anlaşma memarandomunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Almaniyanın Federal Əmlakın İdarə olunması və Özəlləşdirilməsi Departamentinin rəhbəri Bruno Kahl tərəfindən imzalanıb.

Berlində baş tutan imzalanma mərasimindən sonra memorandumda nəzərdə tutulan əməkdaşlıq əlaqələrinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti