...

“Bank Standard” plastik kart satışlarında böyük endirim elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2013 11:33 (UTC +04:00)

Qarşıdan gələn bayramlarla əlaqədar "Bank Standard" plastik kart satışlarında böyük endirim elan edir.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, 1-31 mart tarixləri arasında ISIC,IYIC,ITIC və "GəncKart" plastik kartların hər birini cəmi 8 manata əldə etmək mümkün olacaq.

Ötən ilin mart ayının 1-dən 8-dək davam edən "8 marta qədər - cəmi 8 manata!" aksiyası çərçivəsində əldə olunan bütün plastik kartları da cəmi 8 manata yeniləri ilə əvəz etmək mümkün olacaq.

"Bank Standard"ın kart məhsulları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından və ya 158 nömrəsinə zəng etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti