Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "GAZELLI INTERNATIONAL" MMC tərəfindən keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verib. Bu barədə Trend-ə çərşənbə axşamı komitədən verilən məlumatda bildirilir.
QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində stimullaşdırıcı lotereyanın qanunsuz təşkil olunduğu aşkar edilib.
Komitə vətəndaşları bu lotereyada iştirak etməməyə çağırır.