...

Fevral ayında Azərbaycanda birja valyuta bazarı 24 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 13:55 (UTC +04:00)
2013-ci il fevral аyının yекunlаrınа görə, Bакı Bаnкlаrаrаsı Vаlyutа Birjаsının (BBVB)vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə кеçirilən hərrаclаrda 9 bаnк iştirак еdib.
Fevral ayında Azərbaycanda birja valyuta bazarı 24 faiz azalıb

Azərbaycan, Bakı, 6 mart /Trend/

2013-ci il fevral аyının yекunlаrınа görə, Bакı Bаnкlаrаrаsı Vаlyutа Birjаsının (BBVB) vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə кеçirilən hərrаclаrda 9 bаnк iştirак еdib.
Trend BBVB-yə istinadən məlumat verir ki,Birja Elektron Ticarət Sistemində ("BEST") hesabat ayında 40 ticarət sessiyası keçirilmiş və 24 əqd qeydə alınıb.

Hesabat ayında valyuta seksiyasının USD/AZN üzrə hərracların ümumi həcmi 32,384 milyon manat və yaxud dollar ekvivalentində 41,277 milyon təşkil edib.

Cari ilin yanvar ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 10,267 mln. manat və yaxud 24 faiz azalıb.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,064 milyon dollara çatmışdır, halbuki, hər əqdin orta həcmi 1,720 milyon dollar təşkil edib.
Qеyd еdəк кi, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi 0,04 faiz düşüb - hər USD görə 0,7834-dən 0,7837 AZN qədər. Milli vаlyutаnın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi fevral аyındа 0,7845 АZN bərаbər оlub.

2013-cü ilin fevral ayının nəticələrinə əsasən BEST sistemi çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) hərracların ümumi həcmi manat ekvivalentində 2 milyon təşkil edib.

2013-cü ilin fevral ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,50 faiz, ABŞ dolları üzrə isə 12,11faiz təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 5,99 faiz və ABŞ dolları ilə 5,63 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti