...

AYİB Azərbaycanda enerji effektivliyi üzrə birinci layihə çərçivəsində saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2013 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /müxbir A.Axundov /

"AccessBank" enerji effektliyinin təmin etmək üçün birinci layihənin reallaşdırılmasına başlayıb. Cümə axşamı "AccessBank" Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə bankın 9840 metr sahəyə malik əsas binasının yenidən qurulması üçün 4,2 milyon ABŞ dolları dəyərində kreditin əldə olunması ilə bağlı müqavilə imzalayıb.

Layihənin 30 faizi AYİB-də verilən kredit hesabına, qalan məbləğ isə bankın özü tərəfindən ödəniləcək. Yenidənqurmadan sonra "AccessBank" baş ofisində çalışan əməkdaşlarına Azərbaycanda ilk dəfə aşağı enerji istehlak sistemi ilə işləyən "yaşıl ofislər" təqdim edəcək.

Kredit 2007-ci ilin iyulundan başlayan AYİBin "CaucasusEnergyEfficiencyProgram"ın (CEEP) Qafqaz regionunda enerji effektivliyi üzrə proqramının bir hissəsidir. Azərbaycanda həyata keçirilən proqram çərçivəsində kredit xətləri yerli tərəfdaş banklara enerjinin rasional istifadəsinə investisiyalar üçün verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti