...

Azərbaycanda İran Tacirlər Birliyinin yaradılması təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2013 10:25 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən İranlı tacirlər və iş adamları İranın ölkəmizdəki səfiri Möhsin Pakayinlə görüşüb.
Azərbaycanda İran Tacirlər Birliyinin yaradılması təklif edilir

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir T.Cəfərov/

Azərbaycanda fəaliyyət göstərən iranlı tacirlər və iş adamları İranın ölkəmizdəki səfiri Möhsin Pakayinlə görüşüb. Bu barədə Trend-ə İran səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi deyib.

Ayətullahinin sözlərinə görə, görüşdə İran və Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və bu sahədə mövcud problemlərin həlli yolları müzakirə edilib.

Səfirlik rəsmisi bildirib ki, İranın Azərbaycandakı səfiri Möhsin Pakayin iki ölkənin tacirləri və iş adamlarını mövcud potensiallardan yararlanaraq iqtisadi əlaqələri inkişaf etdirməyə çağırıb.

"Səfirlik Azərbaycanda iranlı tacirlərin fəaliyyətlərinin asanlaşdırılması və artırılması üçün çalışır. Azərbaycanda İran Tacirlər Birliyinin yaradılması üçün işlər görmək lazımdır", -deyə Səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti