...

"AtaBank"ın istehlak kreditlərinə olan maraq artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2013 11:40 (UTC +04:00)
“AtaBank” ASC-nin müştərilərə təqdim etdiyi yeni, endirimli kredit məhsulu ilk gündən insanların marağına səbəb olub.
"AtaBank"ın istehlak kreditlərinə olan maraq artır

Azərbaycan, Bakı, 28 mart /Trend/

"AtaBank" ASC-nin müştərilərə təqdim etdiyi yeni, endirimli kredit məhsulu ilk gündən insanların marağına səbəb olub. Bu barədə cümə axşamı Trend-ə bankdan daxil olan məlumatda bildirilir.

İş yerindən arayışa, zamin şəxsə və s. sənədləri toplamağa artıq zərurət olmadığından bu kreditdən faydalananların sayı gündən-günə artmaqdadır.

Olduqca əlverişli şərtlərlə verilən kreditin minimal məbləği 300 manat, maksimal məbləği 40 000 manat, müddəti isə 48 ay təşkil edir. Şəxsi ehtiyac kreditinin faiz dərəcəsi 12%-dən başlayır.

Azərbaycanın ən böyük kommersiya strukturlarından biri olan və yüksək texnologiyalı universal bank hesab edilən "AtaBank" ASC korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 24 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti