...

Yerevan-Van reysinin açılması planı "donduruldu"

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2013 15:22 (UTC +04:00)
Ermənistanın "Narekavank Tur" aviaşirkəti xəbər yayıb ki, Türkiyə Mülki Aviasiya Baş İdarəsi Van-Yerevan-Van birbaşa reysinin yerinə yetirilməsini "dondurub".
Yerevan-Van reysinin açılması planı "donduruldu"

Azərbaycan, Bakı, 29 mart /Trend/

Ermənistanın "Narekavank Tur" aviaşirkəti xəbər yayıb ki, Türkiyə Mülki Aviasiya Baş İdarəsi Van-Yerevan-Van birbaşa reysinin yerinə yetirilməsini "dondurub". Bu barədə Trend cümə günü Ermənistan KİV-ə istinadən məlumat verir.

Qeyd edək ki, Türkiyənin "Bora Jet" aviaşirkəti apreldə Van-Yerevan marşrutu üzrə reyslərin həyata keçirilməsini planlaşdırırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti