...

"AG Bank"ın istiqrazları üzrə gəlirlilik 12 faiz təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2013 20:53 (UTC +04:00)
"AG Bank"ın təmin edilməmiş, faizli, adlı istiqrazları üzrə gəlirlilik illik 12 faiz təşkil edəcək.
"AG Bank"ın istiqrazları üzrə gəlirlilik 12 faiz təşkil edəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend/

"AG Bank"ın təmin edilməmiş, faizli, adlı istiqrazları üzrə gəlirlilik illik 12 faiz təşkil edəcək. Bu barədə cümə axşamı Trend-ə Bakı Fond Birjasından (BFB) bildiriblər.

"AG Bank"ın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) qeydiyyata alınmış istiqrazlarının emissiyasının ümumi həcmi hər birinin nominal dəyəri 1000 manat olmaqla 12 milyon manat təşkil edir.

İstiqrazların tədavül müddəti rübdə 1 dəfə faizlərin ödənişi olmaqla 3 il təşkil edir.

Yerləşdirmənin anderrayteri qismində "Paşa Kapital" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti