...

Türkiyədə İstanbul birjası fəaliyyətə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2013 17:06 (UTC +04:00)
Aprelin 5-də Türkiyədə özündə İstanbul fond birjasını və qızıl birjasını birləşdirən İstanbul birjası (BIST) fəaliyyətə başlayıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Türkiyədə İstanbul birjası fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Tağıyeva/

Aprelin 5-də Türkiyədə özündə İstanbul fond birjasını və qızıl birjasını birləşdirən İstanbul birjası (BIST) fəaliyyətə başlayıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Məlumata görə, İstanbul birjasının ilkin kapitalı 423 milyon lirə təşkil edir. İbrahim Turhan birjanın Direktorlar Şurasının sədri seçilib.

İstanbul birjasının yaradılmasına dair işlər ötən ilin oktyabrında başlayıb. Birjada cari ilin ikinci rübünün sonundan indeks, ilin sonundan isə valyuta əməliyyatlarının keçirilməsinə başlanacaq.

Fond və qızıl birjalarının birləşməsi nəticəsində İstanbul birjasının potensialı saniyədə 32 sövdələşməyə qədər artacaq. Daha əvvəl İstanbul fond birjasının imkanları saniyədə 24 sövdələşmə imzalamağa imkan verirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti