...

"Holcim (Azərbaycan)"dan beynəlxalq karyera imkanları

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 11:43 (UTC +04:00)
"Holcim" şirkəti işçilərin inkişaf proqramını davamlı şəkildə həyata keçirməklə, professional karyeranı qlobal şəbəkədə davam etdirməyə geniş şərait yaradır.
"Holcim (Azərbaycan)"dan beynəlxalq karyera imkanları

Azərbaycan, Bakı, 16 aprel /Trend/

"Holcim" şirkəti işçilərin inkişaf proqramını davamlı şəkildə həyata keçirməklə, professional karyeranı qlobal şəbəkədə davam etdirməyə geniş şərait yaradır. Son bir neçə ildə səhmdar cəmiyyətin 10-a yaxın əməkdaşının İsveçrə, Slovakiya, Bolqarıstan və Rusiya kimi regional və baş ofisə təyinatı bunun bariz sübutudur. İşçilərin peşəkarlığının yüksək dəyərləndirməsi və beynəlxalq karyera qurmağa bu təyinatlar nəinki şirkət daxili professional kadrların inkişafı, eyni zamanda ölkənin qlobal biznes aləmində tanınması deməkdir.

Dünyanın 70 ölkəsində fəaliyyət göstərməklə "Holcim" ən böyük tikinti materialları istehsal edən şirkətlər qrupudur. Təcrübə göstərir ki, yerli işçilərin qlobal şəbəkəyə inteqrasiyası və beynəlxalq mühitdə çalışaraq dünyanın bir çox ölkəsindən olan nümayəndələr ilə daim təmasda olması geniş imkanlar yaradır. Bu, bilik mübadiləsinin və qabaqcıl təcrübələrin Azərbaycanda tətbiq olunmasında mühüm rol oynayır.

"Holcim (Azərbaycan)" öz dəyərlərinə sadiq qalaraq, işçilərin inkişafına şərait yaratmaqla ən cəlb edici işə götürən şirkətdir.

Holcim - Sement istehsalında 100 ildən artıq dünya təcrübəsi!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti