...

Azərbaycanda yeni körpü istifadəyə verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 17:17 (UTC +04:00)
Bu gün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 161-ci kilometrində, Ağçay çayı üzərində tikilən yeni körpünü istismara verib.
Azərbaycanda yeni körpü istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.İsmayılov/

Bu gün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 161-ci kilometrində, Ağçay çayı üzərində tikilən yeni körpünü istismara verib. Bu barədə bazar ertəsi Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Körpünün açılış mərasimində ASC-nin sədr müavini Şaiq Bilalov, həmçinin Quba rayon İcra Hakimiyyətinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Körpünün uzunluğu 84 metr, eni isə 21,5 metrdir. Körpü 4 zolaqdan ibarətdir. Körpü qəza vəziyyətinə düşən köhnə körpünün yerinə tikilib. Bu səbəbdən yeni müasir körpünün tikilməsi barədə qərar qəbul edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti