...

Azərbaycan biznesi İspaniyada daşınmaz əmlakın alınmasına dəvət edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 11:04 (UTC +04:00)
Azərbaycan sahibkarları tanınmış "Vestin" hotelinin Valensiyadakı binasının alınmasına dəvət edilirlər.
Azərbaycan biznesi İspaniyada daşınmaz əmlakın alınmasına dəvət edilir

Azərbaycan, Bakı, 23 aprel/Trend/

Azərbaycan sahibkarları tanınmış "Vestin" hotelinin Valensiyadakı binasının alınmasına dəvət edilirlər. Bu barədə Trend çərşənbə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytına istinadən məlumat verir.

Məlumata görə, İspaniyanın əmlak bazarında qiymətlərin yüksək dərəcədə düşməsi müşahidə olunur. Hazırda bu ölkədə daşınmaz əmlakın alınması ötən 3-4 illə müqayisədə nəzərəçarpacaq qədər sərfəlidir.

Bununla yanaşı, banklar tərəfindən girov kimi saxlanılmış, İcra hakimiyyətlərinin və bələdiyyələrin balansında olan və hazırda bazar qiymətindən çox aşağı qiymətə satışa çıxarılan torpaqların və daşınmaz əmlakın sayı da çoxdur. Lakin gələn ildən tədricən də olsa, İspaniyanın böhrandan çıxmasının başlanacağı və əmlak qiymətlərinin bir qədər artacağı gözlənilir.

Qeyd olunanları nəzərə alaraq, iş adamlarına məşhur bank və ya hotel şəbəkələrinin öz əmlakı olan filial və ya hotellərin satışı və həmin binada icarəyə götürülməsi təklifləri ilə maraqlanmaq tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti