...

Azərbaycanın iri bankının əsas vəzifəsi kapitallaşmadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbərliyi qarşısında dayanan əsas vəzifələrdən biri nizamnamə kapitalının artırılmasıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə bankın İdarə heyətinin sədri Cahangir Hacıyev deyib.

Onun sözlərinə görə, ABB-nin aprelin 29-da keçiriləcək Müşahidə Şurasının iclasında ötən ilin yekunları üzrə bölüşdürülməmiş xalis mənfəətdən 15 milyon manatın səhmdarlara dividend şəklində ödənilməsi məsələsinə baxılacaq.

Onun sözlərinə görə, Müşahidə Şurasının iclasında 53 milyon manat həcmində bölüşdürülməmiş xalis mənfəətdən istifadə məsələsi də nəzərdən keçiriləcək.

"Təqribən 15 milyon manat dividendlərin ödənilməsinə ayrılacaq, qalan hissə isə bölüşdürülməmiş xalis mənfəət qismində saxlanılacaq ki, bu da bankın nizamnamə kapitalına müsbət təsir edəcək", - Hacıyev qeyd edib.

İH sədrinin sözlərinə görə, bank apreldə nizamnamə kapitalının 100 milyon manatadək artırılması prosesini başa çatdırıb.

"Nizamnamə kapitalının bundan sonra artırılması isə səhmdarların qərarından asılıdır", - Hacıyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti