...

FHN: Azadlıq meydanının altındakı avtomobil dayanacağı hərbi parada dözəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2013 16:55 (UTC +04:00)
Bakıda Azadlıq meydanının altındakı avtomobil dayanacağının texniki parametrləri hərbi paradın keçirilməsinə hesablanıb.
FHN: Azadlıq meydanının altındakı avtomobil dayanacağı hərbi parada dözəcək

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Axundov

Bakıda Azadlıq meydanının altındakı avtomobil dayanacağının texniki parametrləri hərbi paradın keçirilməsinə hesablanıb. Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov bildirib.

"Azadlıq meydanında yeraltı avtomobil dayanacağının tikintisi zamanı hərbi parad vaxtı yüklənmə nəzərə alınıb. Hərbi parad zamanı meydandan çəkisi 60 tonu ötən tanklar, hərbi texnikalar keçəcək. Bu dayanacaq belə yüklənmələrə hesablanıb", - Nəcəfov deyib.

Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə iyun ayının 26-da hərbu parad keçiriləcək. Sonuncu dəfə Azadlıq meydanında hərbi parad 2011-ci ildə Silahlı Qüvvələr Günü və Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə keçirilib.

Nəcəfovun sözlərinə görə, müfəttişlik meydanda güclü yağış nəticəsində asfalt örtüyünün çökməsindən sonra müvafiq yoxlamalar aparıb.

"Yoxlamalar göstərib ki, inşaatçıların işində səhvlər buraxılıb. Bu səhclər iş qrafikinin sürətləndirilməsi nəticəsində yaranıb. Layihənin özü isə səmərəli işlənib", - Nəcəfov bildirib.

Onun sözlərinə görə, Bakıda yeraltı dayanacaqların tikintisi zamanı onların yeraltı qrunt sularından qorunmasına xüsusi diqqət ayrılır.

"Bunun üçün yaxşı texnologiyalar, səmərəli materiallar, betonun xüsusi növləri, izolyasiyalı materialları mövcuddur. Bu materiallardan Bakıda dayanacaqların tikintisi zamanı istifadə olunur", - Nəcəfov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti