Azərbaycan, Bakı, 14 may /Trend/
"Coca-Cola" şirkəti daha sağlam, xoşbəxt və fəal cəmiyyətin yaranması naminə, qlobal şəkildə, dünya miqyasında üzərinə sayca dörd növ öhdəçiliyin götürməsini bəyan edib. Bu barədə şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir.
Məlumata görə, şirkətin fəaliyyət göstərdiyi 200-dən çox ölkəyə şamil edilən bu öhdəliklər aşağıdakılardır:
1) Hər bir bazarda təklif olunan içkilərdə kalorinin aşağı səviyyədə və yaxud sıfır dərəcəsinə endirilməsi
2) İçkinin tərkibi haqqında şəffaf məlumatın təmin edilməsi - şirkətin bütün məhsullarında kalori miqdarının göstərilməsi
3) Şirkətin fəaliyyət göstərdiyi hər bir ölkədə sağlam həyat tərzi proqramlarını dəstəkləyərək, insanlara fiziki aktivliklə məşğul olmağa yardım edilməsi
4) Ticarətin məsuliyyətlə aparılması, o cümlədən, dünyanın hər bir nöqtəsində 12 yaşınadək uşaqlara məhsulu reklam edilməməsi
"Hal-hazırda piylənmə səhiyyənin ən mürəkkəb problemidir. O, dünya miqyasında ayrıca hər bir ailəyə və bütünlüklə cəmiyyətə təsir göstərir. Bu qlobal sosial problemin həlli bizim birgə apardığımız işimizdən asılıdır. Hər bir tərəfin özünün öhdəliyinə düşən işləri görəcəyi şərti ilə, -
- "Coca-Cola" şirkətinin rəhbəri və baş icraçı direktoru Muxtar Kent bildirib - İşgüzar tərəfdaşlarımız, dövlət strukturları və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edərək, çalışırıq ki bu çətin məsələnin həllinin bir hissəsi olaq. Bəyan etdiyimiz öhdəliklər böyük yolun növbəti addımıdır. Onun çərçivəsində biz, fəaliyyət göstərdiyimiz hər bir qitə və ölkəni əhatə etmiş oluruq".
Muxtar Kentin bu bəyanatı "Coca-Cola" şirkətinin 127-ci il dönümündə səslənmişdir. O, Corciya ştatının qubernatoru və Atlanta şəhərinin meri Kasim Ridə qoşularaq, Corciya ştatının sakinləri üçün proqram silsiləsinin açılışında iştirak edib. Corciyada piylənmə problemi ilə bağlı mübarizənin elan edilməsi şirkətin Çikaqo, San-Antonio və digər şəhərlərində təməli qoyulmuş əməkdaşlığın davamıdır.
"Coca-Cola" şirkəti, məhsul və qablaşdırmada innovasiya və ABŞ, Avstraliya, Kanada, Koreya və Taylannda pors miqdarının azaldılması, eyni zamanda, kiçik bankaların böyüdülməsi daxil olmaqla, artıq piylənməyə qarşı bir sıra vacib addım atıb. "Coca-Cola" sistemi 115-dən çox ölkədə fəal və sağlam həyat tərzini inkişaf etdirən yüzlərlə proqramlara dəstək verir. Bu tədbirlərdə milyonlarla insan iştirak edir və şirkət bu istiqamətdə işlərini davam etmək əzmindədir.
Azərbaycanda "Coca-Cola" fəal və sağlam həyat tərzi təbliğ edən bir sıra proqramları dəstəkləyir. Bunların arasında "Coca-Cola" Məktəbli Kuboku", İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə birgə "Sağlam Gələcək naminə fiziki aktiv ol!" layihəsinin, Milli Olimpiya Komitəsinin əməkdaşlığı ilə "Olimpiya Günləri"-nin və s. adlarını çəkmək olar.
"Coca-Cola Məktəbli Kuboku" - gənc nəsli idmana cəlb edən, yeniyetmələr arasında futbol turniridir. Bu yarışlarda 11-14 yaşında olan 230 000 məktəbli iştirak edir.
"Olimpiya Yürüş Günü" layihəsinə 1000 artıq insan cəlb edilir. Məqsəd - Olimpiya hərəkatının inkişafı və qaçış vasitəsilə fəal həyat tərzinin təbliğidir.
"Sağlam Gələcək naminə fiziki aktiv ol!" layihəsinin məqsədi isə - məktəb və ofislərdə sağlam həyat tərzi mövzusunda seminarların təşkilidir. Layihə çərçivəsində 250-dən çox məktəbli və məktəb işçiləri, 400 valideyn sağlam həyat tərzi və onun inkişafı haqqında məlumat alırlar, maarifləndirici materiallarla təmin edilirlər. Ümumilikdə, 4000 məktəbli və 200 ofis işçisi gündəlik həyatda fiziki aktivliyin qaydaları ilə tanış olacaqlar.
Şirkət, həmçinin, www.comingtogether.com saytı vasitəsilə açıq şəkildə öz səylərinin miqyasını müəyyən etməyi öhdəliyinə götürüb. Bu elektron platforma şirkətin qlobal öhdəliklərinin digər detallarını nümayış etdirərək, insanları şirkətin fəaliyyəti ilə yaxından tanış olmağa dəvət edir. Eyni zamanda, burada hərəkət və enerji balansına riayət edilməsinə dair rəy yerləşdirmək, fikir mübadiləsi aparmaq mümkündür.
Hal-hazırda, "Coca-Cola" şirkəti, demək olar ki, hər bir içki kateqoriyasında alkoqolsuz içkilər satır - müxtəlif qazlı və qazsız sular, şirə və şirə tərkibli içkilər, çay, kofe, idman və enerji içkiləri. Dünyanın içki bazarının 25% təşkil edən geniş çeşid- 800-yə yaxın aşağı kalorili və kalorisiz içkilərdən ibarətdir. Şirkət əmindir ki, müxtəlif dad, görünüş və ölçü seçimi mütləqdir. Buna görə də o, porsiyalara nəzarət etməklə innovativ məhsulların, habelə steviya kimi yeni, təbii kalorisiz şirinləşdircilərin buraxılışını davam edəcək.
Coca-Cola şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. Coca-Cola® şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 milyard dollar olan brendlər daxildir: Diet Coke®, Fanta®, Sprite®, Coca-Cola Zero®, vitaminwater, Powerade®, Minute Maid®, Simply® və Georgia® Coffee. Qlobal miqyasda Coca-Cola şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. Coca-Cola şirkəti hər gün 1.8 milyard içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservasiyasına və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700.000-dən çox işçisi ilə" Coca-Cola" dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqda daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz www.thecoca-colacompany.com.