...

“Amrahbank” “Visa ilə həyat daha rahatdır” kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2013 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

2004-cü ildən "VİSA International" beynəlxalq ödəniş sisteminin üzvü olan "Amrahbank" 16 may 2013-cü il tarixindən 31 iyul 2013-cü il tarixinədək "Visa ilə həyat daha rahatdır" kampaniyasına başlayıb. Bu barədə cümə axşamı bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Kampaniyanın şərtləri aşağıdakı kimidir:

Kampaniya çərçivəsində müştəri Visa kartı sifariş etdikdə kartın növündən asılı olaraq aşağıdakı hədiyyələri qazanacaqdır:

Visa Classic kartı alan müştərilər üçün:
∙Buta Sığorta-da avtomobillərin KASKO sığortasına 20% endirim,
∙ Sabina parfümeriya mağazaları şəbəkəsində 10% endirim və hədiyyə,
∙ World Telekom-da bütün aksessuarlara 10%, Al-Dəyiş proqramında iştirak edənlərə 50% endirim,
∙ Park Cinema-dan hədiyyə,

Visa Gold kartı alan müştərilər üçün:

∙ Buta Siğorta-da avtomobillərin KASKO sığortasına 40% endirim,

∙ Sabina parfumeriya mağazaları şəbəkəsində 20% endirim və hədiyyə
∙ World Telekom-da bütün aksessuarlara 30%, Al-Dəyiş proqramında iştirak edənlərə 100% endirim,
∙ Park Cinema-dan hədiyyə,
∙ Sumakh restoranında bütün menyuya 20% endirim.

Visa insanlara hər yerdə rahat hərəkət etməyə və hər gün həyatlarının böyük bir qismini asanlaşdırmağa imkan verir.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti