...

Əlverişsiz hava şəraitinə görə Bakıdan Naxçıvana gecikən aviareyslərin uçuşu bərpa edilib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2013 09:34 (UTC +04:00)
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan 3 aviareysinin reallaşması yubanır.
Əlverişsiz hava şəraitinə görə Bakıdan Naxçıvana gecikən aviareyslərin uçuşu bərpa edilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 08:04-də yayılıb)

Azərbaycan, Bakı, 27 may / Trend /

Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan 3 aviareysinin reallaşması yubanır. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Aeroportdan deyildiyi kimi, reyslər cədvələ uyğun olaraq bazar günü yerli vaxtla saat 19:00-da, 21:00-da və 23:55-də uçmalı idi. Müvafiq olaraq Naxçıvandan Bakıya saat 22:00-da və 23:55 nəzərdə tutulmuş aviareyslərdə yubanıb.

"Aviareyslərin yubanmasına səbəb Naxçıvanda əlverişsiz hava şəraiti olmasıdır"-hava limanından bildirilib.

Hava limanından Trend-ə bildiriblər ki, yubanan reyslərin hamısı artıq həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti