...

Aİ ilə Azərbaycan arasında Ticarət, İqtisadi və Əlaqədar Hüquqi Məsələlər üzrə Alt Komitənin 12-ci iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2013 17:13 (UTC +04:00)
Bu gün Bakı Biznes Mərkəzində Avropa İttifaqı ilə Azərbaycan arasında Ticarət, İqtisadi və Əlaqədar Hüquqi Məsələlər üzrə Alt Komitənin 12-ci iclası keçirilmişdir.
Aİ ilə Azərbaycan arasında Ticarət, İqtisadi və Əlaqədar Hüquqi Məsələlər üzrə Alt Komitənin 12-ci iclası keçirilib

Azərbaycan, Bakı, 30 may /Trend/

Bu gün Bakı Biznes Mərkəzində Avropa İttifaqı ilə Azərbaycan arasında Ticarət, İqtisadi və Əlaqədar Hüquqi Məsələlər üzrə Alt Komitənin 12-ci iclası keçirilmişdir. İclasda müvafiq dövlət qurumlarının və Avropa Komissiyasının nümayəndələri iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirə Azərbaycan tərəfdən həmsədrlik edən nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev və Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğunda bölmə müdiri Luk Devin çıxış edərək Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə məlumat veriblər.

İclas çərçivəsində, həmçinin Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Fəaliyyət Planında iqtisadiyyat, ticarət, investisiyalar və digər əlaqədar sahələr üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə görülmüş işlərə dair müvafiq dövlət orqanlarının və Avropa Komissiyasının nümayəndələri tərəfindən təqdimatlar keçirilib. Sonra tədbirin gündəliyinə uyğun olaraq, təqdimatlar ətrafında müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

İclas mayın 31-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti