...

"Amrahbank"ın Bərdə filialı yeni ünvanda fəaliyyətə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 15:42 (UTC +04:00)
Bankın Bərdə filialının 2013-cü il iyunun 6-da təşkil olunmuş açılış mərasimində "Amrahbank"ın nümayəndələri ilə yanaşı, yerli İcra Hakimiyyətinin, büdcə təşkilatlarının, özəl sektorun nümayəndələri və yerli sakinlər iştirak ediblər.
"Amrahbank"ın Bərdə filialı yeni ünvanda fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 11 iyun /Trend/

"Amrahbank"ın Bərdə filialı yeni ünvanda fəaliyyətə başlayıb.

Bankın Bərdə filialının 2013-cü il iyunun 6-da təşkil olunmuş açılış mərasimində "Amrahbank"ın nümayəndələri ilə yanaşı, yerli İcra Hakimiyyətinin, büdcə təşkilatlarının, özəl sektorun nümayəndələri və yerli sakinlər iştirak ediblər. Bu barədə çərşənbə axşamı Trend-ə bankdan məlumat verilib.

Açılışda İdarə Heyətinin sədri vəzifəsini icra edən E.C.Həsənov tədbir iştirakçılarını Azərbaycanın qədim paytaxtı Bərdə şəhərində salamlayaraq qeyd edib ki, 2013-cü ildə "Amrahbank"ın yaranma tarixinin 20 ili tamam olur. Onun sözlərinə görə, filiallar şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq əsas ona üstünlük veririk ki, inkişaf etdirilən və ya yaradılan hər bir yeni şəbəkəmiz həm kəmiyyət, həm də keyfiyyət amillərinə cavab verməklə, günbəgün böyüyən müştəri bazamızın bütün təlabatına cavab versin və daha geniş çeşidli xidmətlər göstərilsin.

Məlumat üçün bildirirk ki, Bərdə filialı həftənin 1-5-ci günləri, səhər saat 09:00-dan axşam 18:00-a qədər fəaliyyət göstərir. Filialda həm fiziki, həm də hüquqi müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, kreditlərin verilməsi, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır. Hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti