...

Azərbaycanın qeyri-neft sektoru 2013-cü ildə vergi yığımlarının yarıdan çoxunu təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 17:36 (UTC +04:00)
2013-cü ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 911,239 milyon manat təşkil edib.
Azərbaycanın qeyri-neft sektoru 2013-cü ildə vergi yığımlarının yarıdan çoxunu təmin edib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 911,239 milyon manat təşkil edib.

Trend-in Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğin 42,6 faizi mənfəət vergisinin, 22 faizi əlavə dəyər vergisinin, 11,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,4 faizi aksizlərin, 16,8 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 494, 642 milyon manat vəsait daxil olub.

Yanvar-may aylarında respublika üzrə 34 901 vergi ödəyicisi, o cümlədən elektron qaydada 24 821 (71,1 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 1 iyun 2013-cü il tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 512 114 olub.

2013-cü ilin yanvar-may ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti