...

Azərbaycan Parlamenti sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsini iyunda qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 11:46 (UTC +04:00)
Milli Məclis "Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında" qanunu iyun ayının sonuna kimi qəbul edəcək.
Azərbaycan Parlamenti sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsini iyunda qəbul edəcək

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Axundov/

Milli Məclis "Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında" qanunu iyun ayının sonuna kimi qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən "Vergi tərəfdaşlığı" üzrə konfransda Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Konfrans Azərbaycanın Vergilər Nazirliyi və Amerika Ticarət Palatası (AmCham) tərəfindən təşkil olunub.

Yeni qanun layihəsinin əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarını yaratmaq, həmçinin bu yoxlamalar zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaqdır. Sənəddə bildirilir ki, bu qanun layihəsinin tələblərinə uyğun olmayan yoxlamalar hüquqi qüvvəyə malik deyil.

Səmədzadə bildirib ki, "qanun layihəsi ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarların işi üçün ən yaxşı şəraitin yaradılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti