...

Bakı Metropoliteni “28 may” stansiyasının əsas çıxışını bağlamağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 12:13 (UTC +04:00)
İyul ayı Bakı Metropolitenin “28 may” stansiyasının əsas çıxışının bağlanması üçün ən optimal vaxtdır.
Bakı Metropoliteni “28 may” stansiyasının əsas çıxışını bağlamağa hazırlaşır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

İyul ayı Bakı Metropolitenin "28 may" stansiyasının əsas çıxışının bağlanması üçün ən optimal vaxtdır.

Bu barədə çərşənbə günü Trend-ə Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə bildirib: "İyul ayından etibarən Bakı metrosunda sərnişin axını əhəmiyyətli dərəcədə azalır və ona görə də bu ay stansiyanın əsas çıxışının bağlanması üçün ən optimal vaxtdır".

Onun sözlərinə görə, Bakı Metropoliteninin "28 may" stansiyasının yenidənqurma və modernləşdirilməsi işlərinin Azərbaycanda yeni təhsil ilinin başlamasına (15 sentyabr) qədər yekunlaşdırılması planlaşdırılır: "Hazırda təmir işləri ilə əlaqədar olaraq əsas çıxışın bağlanması üzrə işlər görülür".

Baş mühəndisin sözlərinə görə, əsas çıxışın iyulun əvvəllərində bağlanması nəzərdə tutulub, lakin daha dəqiq vaxt haqqında sərnişinlər məlumatlandırılacaqlar. "28 may" stansiyasının əsas çıxışının bağlı olduğu müddət ərzində sərnişinlər stansiyanın Salatın Əsgərova küçəsi istiqamətində yerləşən giriş-çıxışından, həmçinin "Cəfər Cabbarlı" stansiyasından istifadə edə biləcəklər.

Daha əvvəl Bakı Metropoliteni tərəfindən xəbər yayılıb ki, "28 May" stansiyasının əsas çıxışı iyulun 1-də bağlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti