...

Azərbaycan 2014-cü ilin sonunadək ictimai nəqliyyatda kart ödəniş sisteminə tam keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 14:16 (UTC +04:00)
Bakıda ictimai nəqliyyatda kart ödəniş sisteminə keçid prosesi 2014-cü ilin sonunadək başa çatacaq.
Azərbaycan 2014-cü ilin sonunadək ictimai nəqliyyatda kart ödəniş sisteminə tam keçəcək

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E. İsmayılov/

Bakıda ictimai nəqliyyatda kart ödəniş sisteminə keçid prosesi 2014-cü ilin sonunadək başa çatacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, kartlardan məlumatın hesablanması üçün 100-dən artıq avtobusda validator (kart aparatı) quraşdırılıb, tezliklə ölkəyə çatdırılacaq daha 395 validator quraşdırılmalıdır: "Hazırda validatorların quraşdırılması üçün hazırlıq işləri aparılır. Məqsəd bu prosesi sürətləndirmək və bu ayın sonunadək 29 marşrutu əhatə edəcək 500-dək avtobusda kart ödəniş sisteminə keçidi təmin etməkdir".

İndiyədək 200 mindən artıq kart buraxılıb. İlkin məlumata görə, hər bir kartın qiyməti 1 manat təşkil edəcək, lakin bu məsələ hələ dəqiqləşdirilir. Kart ödəniş sisteminə keçid üçün 500 minədək kart buraxmaq lazımdır.

Həsənov qeyd edib ki, bu kartlar ticarət sistemində ödənişləri həyata keçirmək və Bakı Metropolitenində gediş üçün istifadə edilə bilərlər.

Onun sözlərinə görə, kartların buraxılışı "Bank of Azerbaijan" tərəfindən həyata keçirilir, lakin bu prosesə digər banklar da maraq göstərirlər. Həsənov əhalinin müxtəlif təbəqlərinə güzəştlərin tətbiqi imkanlarını istisna etməyib.

Kartların satışı 5 min obyektdə nəzərdə tutulur. Karta vəsaiti yükləmək üçün ola bilsin ki, "MilliÖn" terminallarından istifadə edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti