...

İlin I rübündə Azərbaycan iqtisadiyyatına 2,8 milyard dollar həcmində xarici investisiyalar yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 16:40 (UTC +04:00)
2013-cü ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 17,7 faiz çox xarici investisiyalar yönəldilib.
İlin I rübündə Azərbaycan iqtisadiyyatına 2,8 milyard dollar həcmində xarici investisiyalar yönəldilib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

2013-cü ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 17,7 faiz çox xarici investisiyalar yönəldilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, investisiyaların 18,2 faizi iqtisadiyyata maliyyə kreditləri, 43,8 faizi birbaşa, 38 faizi isə portfel və digər investisiyalar şəklində daxil olub.

Birbaşa investisiyaların həcmi 1,2 milyard dollar təşkil edərək 2012-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz artıb, onun 1,0 milyard dolları və ya 82,9 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.

Bu dövrdə ildə ölkə rezidentlərinə 505,7 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilib, onlardan 48,5 faizi dövlət təminatlı kreditlər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti