...

"Bank of Azerbaijan"da əhalinin əmanətləri 35 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 19:45 (UTC +04:00)
"Bank of Azerbaijan"ın aktivləri 1 may 2013-cü il tarixinə 325.8 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 126.1 mln. manat və ya 63% çoxdur.
"Bank of Azerbaijan"da əhalinin əmanətləri 35 faiz artıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

"Bank of Azerbaijan"ın aktivləri 1 may 2013-cü il tarixinə 325.8 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 126.1 mln. manat və ya 63% çoxdur.

Bankdan Trend-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 127.7 mln. manat və ya 75% artaraq 296.9 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 may 2013-cü il tarixinə 171 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 may 2013-cü il tarixinə 85.2 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 35% və ya 22 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 may 2013-cü il tarixinə 50 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti