...

“AtaSığorta” ASC-də 2012-ci ilin yekunlarının beynəlxalq auditi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 12:50 (UTC +04:00)
“AtaSığorta” ASC-də 2012-ci ilin yekunları üzrə “Deloitte” Beynəlxalq Audit Şirkəti tərəfindən aparılan audit yoxlaması başa çatıb. Bu barədə Trend-ə cümə günü daxil olan məlumatda deyilir.
“AtaSığorta” ASC-də 2012-ci ilin yekunlarının beynəlxalq auditi başa çatıb

Azərbaycan, Bakı, 14 iyun /Trend/

"AtaSığorta" ASC-də 2012-ci ilin yekunları üzrə "Deloitte" Beynəlxalq Audit Şirkəti tərəfindən aparılan audit yoxlaması başa çatıb. Bu barədə Trend-ə cümə günü daxil olan məlumatda deyilir.
Şirkətin fəaliyyəti üzrə ilin yekunlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına və Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğunluğu barədə müsbət rəy verilib. "AtaSığorta" ASC-də 2005-ci ildən etibarən hər il yerli kənar audit yoxlaması ilə yanaşı beynəlxalq audit yoxlaması da həyata keçirilir.

"AtaHolding" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti