...

QKDK 100-dən artıq SC-nin fəaliyyətində ciddi pozuntular aşkarlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 16:11 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) bu ilin yanvar-may aylarında 105 səhmdar cəmiyyətin (SC) fəaliyyətində ciddi qanun pozuntusu aşkarlayıb və onlara qarşı ümumi dəyəri 21 450 manat olan inzibati cərimə tətbiq edib.
QKDK 100-dən artıq SC-nin fəaliyyətində ciddi pozuntular aşkarlayıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir E.Əliyev/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) bu ilin yanvar-may aylarında 105 səhmdar cəmiyyətin (SC) fəaliyyətində ciddi qanun pozuntusu aşkarlayıb və onlara qarşı ümumi dəyəri 21 450 manat olan inzibati cərimə tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə QKDK-nın ilk 5 aydakı fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

QKDK aşkar edilən qanun pozuntularını aradan qaldırmaq üçün hesabat dövründə mütləq icra edilməsi üçün 45 SC-yə göstəriş təqdim edib.

Hesabat dövründə QKDK-ya 361 SC ilə bağlı 146 şikayət və 13 müraciət daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti