...

Maliyyə Nazirliyi kənd təsərrüfatının inkişafı üçün təkliflər hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2013 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir A. Axundov/

Maliyyə Nazirliyi ölkədə kənd təsərrüfatının inkişafı üçün mövcud sığorta qanunvericiliyinə dəyişikliklər edilməsi üzrə təkliflər hazırlayır.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Bakıda keçirilən beynəlxalq sığorta forumunda iştirak edən maliyyə naziri Samir Şərifov deyib:

"Demək olmaz ki, bu növ bizdə işləmir, bazar çox məhduddur. Əhali bu növ barədə kifayət qədər məlumatlı deyil. Digər tərəfdən, mövcud mexanizmlər təkmil deyil".

Onun sözlərinə görə, nazirlik və iri sığorta şirkətləri bu növün inkişafı üçün xarici təcrübəni öyrənirlər:

"Biz yaxın vaxtlarda mövcud növün inkişafı üzrə təklifləri hazırlayıb hökumətə təqdim edəcəyik. Bu növü daha geniş istifadə etdirmək üçün təkliflər qanunvericiliyə dəyişiklik və əlavələri nəzərdə tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti