...

Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2013 19:32 (UTC +04:00)
Bu gün iqtisadi inkişaf naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Müsaid Bin İbrahim Bin Abdullah Əl Səlimi ilə görüşüb.
Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçirilə bilər

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Bu gün iqtisadi inkişaf naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Müsaid Bin İbrahim Bin Abdullah Əl Səlimi ilə görüşüb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Ş.Mustafayev səfiri salamlayaraq, Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib.

Görüşdə iqtisadi inkişaf naziri Ş.Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İki ölkə arasında iqtisadi sahədə 10-dan çox sənəd imzalanıb. Azərbaycanla Səudiyyə Ərəbistanı əlaqələrinin genişlənməsində indiyədək 2 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətli rol oynayır.

Nazir Ş.Mustafayev Hökümətlərarası Komissiyanın növbəti iclasının bu ilin sentyabr ayında Bakıda keçirilməsini təklif edib.

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Müsaid Bin İbrahim Bin Abdullah Əl Səlimi ölkəsində sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti