Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Axundov/
Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyuta əsginazlarının fiziki zədələnmə səviyyəsini normal hesab edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Mərkəzi Bankın Nağd pul departamentinin direktoru Hacıbaba Məsimov deyib.
AMB iyulun 18-də KİV nümayəndələri üçün "Açıq qapı" günü keçirib.
Məsimov bildirib: "Mərkəzi Bank əhalidən deformasiyaya uğramış və zədələnmiş əsginazları qəbul edərək yenisi ilə əvəz edir. Orta hesabla AMB il ərzində nağd pul kütləsinin 10-20 faizini müsadirə edir. Bu, dünya üzrə orta göstəricilərə uyğundur".
Direktorun sözlərinə görə, onların böyük hissəsini əhali arasında daha çox istifadə olunan xırda nominallı əsginazlar təşkil edir.